Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

TEREZA MEY BÖYÜK BRİTANİYA PARLAMENTİNƏ YENİDƏN SEÇİLİB

TEREZA MEY BÖYÜK BRİTANİYA PARLAMENTİNƏ YENİDƏN SEÇİLİB

Britaniyanın baş naziri Tereza Mey parlamentə yenidən seçilib.

TASS xəbər verir ki, baş nazir Berkşir qraflığının Meydenhed şəhərində qələbə qazanıb.

Onun namizədliyinə 37 min insan səs verib.

Ondan əvvəl İcmalar Palatasına Britaniyanın xarici işlər naziri Boris Conson, təhsil naziri Castin Qrininq, müdafiə naziri Maykl Fellon, həmçinin leyboristlərin lideri Ceremi Korbin seçilib.

Son məlumatlara görə, müxalifətyönlü Leyboristlər partiyası İcmalar Palatasında 169, baş nazirin Mühafizəkarlar partiyası isə 154 yer qazanmaqdadır.