Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İlham Əliyev Dodonla görüşdü - Foto

22-06-2017, 10:00 Baxış: 387
İlham Əliyev Dodonla görüşdü - FotoAzərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.
 Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.
Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Moldova Respublikasının Prezidenti İqor Dodonun şərəfinə rəsmi nahar verilib. İlham Əliyev Dodonla görüşdü - Foto
İlham Əliyev Dodonla görüşdü - Foto
İlham Əliyev Dodonla görüşdü - Foto
İlham Əliyev Dodonla görüşdü - Foto
İlham Əliyev Dodonla görüşdü - Foto
İlham Əliyev Dodonla görüşdü - Foto