Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

22-06-2017, 19:28 Baxış: 216
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu Aprel şəhidi Xaliq Əzizzadənin "Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Trend-ə bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:

"Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.

Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: "BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu”.

Qeyd edək ki, "Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.