Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

YAP-ın prezidentliyə namizədi o olacaq - Millət vəkili

YAP-ın prezidentliyə namizədi o olacaq - Millət vəkili
Partiya rəhbərlərinin tərəddüdlərinə və seçkilərdə iştirak etməmələrinə səbəb, məncə, hazırki prezident İlham Əliyevin nüfuzu ilə bağlıdır.
Ötən dəfələrdə olduğu kimi, qarşıdakı seçkilərdə də favoritin İlham Əliyev olacağı şübhəsizdir və bunu bildiklərindən, bəzi namizədlər sadəcə bu yarışa qatılmağı mənasız sayırlar.
Bunu müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, kimin güclü, kimin zəif olmasından asılı olmayaraq, siyasi partiyalar seçki yarışından kənarda durmamalıdırlar: "Bu, onların təcrübə qazanması və inkişafı, belə demək olarsa, daim siyasi formada qalmaları üçün mütləq lazımdır.
Seçkilərdə iştirak futbol çempionatı kimidir.
Orada liderlər və autsayderlər olur.
Belə çıxır ki, imkanları aşağı olan komandalar gərək çempionatı tərk edib oynamasınlar? Yəni siyasi partiya hökmən seçkidə iştirak etməlidir.
Biz partiya olaraq seçkilərdə əvvələr də işitrak etmişik, gələn il də iştirak edəcəyik.
Mütləq deyil ki, partiya öz namizədiylə çıxış etsin. Şəxsən mənim partiya sədri kimi namizdəliyimi irəli sürməm seçki ərəfəsindəki vəziyyətdən asılı olacaq.
Namizədliyim verilə də bilər və yaxud da başqa partiyalarla danışa və razılığa gələ bilsək, mümkündür ki, başqa bir namizədə də dəstək verək".
BAXCP sədri bildirib ki, o partiyalarla bir yerdə ola və ya o namizədi müdafiə edə bilərlər ki, onlar indiki hakimiyyətin legitimliyini tanıyır və onunla əməkdaşlığı mümkün sayırlar: "Milli Şura hakimiyyətin legitimliyini tanımır və onunla əməkdaşlığı mümkün saymır. Üstəlik, bu qurum ötən prezident seçkiləri ərəfsindəki fəaliyyəti ilə özünü tamam nüfuzdan salıb.
Xüsusən də Rusiya layihəsi olan Rüstəm İbrahimbəyov məsələsində oynanan oyunlar, islamçılarla olan qaranlıq əlaqələr onu göstərir ki, Milli Şura hakimiyyətə gəlmək üçün istənilən xarici qüvvə ilə əməkdaşlığa getməyə hazırdır.
Biz belə qüvvələrlə, təbii ki, bir yerdə ola bilmərik. Əksinə, belə qüvvələri dövlət üçün təhlükə sayırıq". Qüdrət Həsənquliyev əlavə edib ki, iqtidar düşərgəsinin başqa bir namizəd üzərində dayana biləcəyinə dair səslənən ehtimallar qəsdən ortaya atılıb:"Bu söz-söhbətin haradan qaynaqlandığı bəllidir.
Adətən, seçkiyə hələ 2 il qalmış hakim partiya olan YAP namizədinin kim olacağını bəyan edirdi.
Amma bu dəfə belə açıqlamalara rast gəlmirik.
Bugünlərdə YAP-ın səlahiyyətlilərindən yalnız onu dedilər ki, namizədlərini qurultay müəyyən edəcək. Şəxsi qənaətimsə belədir ki, prezidentin neçə dəfə seçilə biləcəyi ilə bağlı məhdudiyyət olmadığından və İlham Əliyevin də seçilmək imkanları digərləriylə müqayisədə hədsiz böyük olduğundan, elə o da hakimiyyətin namizədi olacaq.
Cavan adamdır, kifayət qədər təcrübə toplayıb, həm daxildə, həm də xaricdə ciddi nüfuz sahibidir, niyə kənara çəkilməlidir ki!? Yəqin ki, hakimiyyətin namizədi elə özü olacaq".