Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

11-07-2017, 20:11 Baxış: 169
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

Trend-in məlumatına görə, dövlət başçısı bu gün imzaladığı digər sərəncamlarla "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki tərəfdən konturlanmış çevrəsi olan, səthi çevrə boyunca Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir.

2.2. Medalın mərkəzi çevrəsinin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN”, aşağı hissəsində "ORDUSU” sözləri yazılmış, kənarlarında sol tərəfdə "1918”, sağ tərəfdə isə "2018” rəqəmləri təsvir edilmişdir.

2.3. Çevrənin mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi həkk edilmişdir. Medalın mərkəzindən aşağıda emblemin alt tərəfində "100 il” yazılmışdır.

2.4. Səkkizguşəli ulduz və onun şuaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, ortada "AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ 1918-2018” sözləri və rəqəmləri relyefli yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində səkkizguşəli ulduz relyefli təsvir edilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medalın paltara bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə düzbucaqlı elementi var.

4.2. Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə düzbucaqlı lövhə bərkidilmişdir. Lövhənin üzərində relyefli palıd yarpaqları təsvir edilmişdir.

4.3. Elementin aşağı hissəsinə 40 mm x 9 mm ölçüdə beşbucaqlı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində relyefli aypara və ulduz təsvir edilmişdir.

4.4. Elementin üzərinə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 9 mm enində tünd yaşıl, 1 mm enində ağ və mərkəzdə hər birinin eni 5 mm olan Azərbaycan Respublikasının Dövlət bayrağı rənglərində şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

4.5. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib