Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Rusiyaya 5.4 milyon avro CƏRİMƏ

18-07-2017, 19:04 Baxış: 119
Rusiyaya 5.4 milyon avro CƏRİMƏ Haaqada beynəlxalq arbitraj məhkəməsi 2013-ci ildə "Greenpeace” gəmisinin tutularaq saxlanmasına görə Rusiyanın Niderlanda 5,4 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə məhkəmənin bugün dərc etdiyi məlumatda bildirilir.

Məhkəmə etiraf edib ki, Rusiya tərəfi beynəlxalq hüququ pozub və dəymiş ziyana görə kompensasiyanın məbləği müəyyən edilib.

Məlumat üçün bildirək ki, gəmi və buzqıranın ekipajı 2013-ci ilin sentyabrında Peçor dənizində saxlanılıb. Gəmi ekipajı "Qazprom neft" platformasına qalxmaq istəyirdi ki, Arktikada neft hasilatına etiraz etsin. Əvvəlcə onları dəniz quldurluğunda ittiham etdilər, sonra isə xuliqanlıqda günahlandırdılar. Fəalları dekabrda azad ediblər, gəmini isə Niderlanda 2014-cü ilin avqust ayında qaytarıblar.