Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Yunanıstanda zəlzələ nəticəsində azı 100 nəfər xəsarət alıb

21-07-2017, 07:40 Baxış: 273
 
Yunanıstanda zəlzələ nəticəsində azı 100 nəfər xəsarət alıb

Egey dənizində güclü zəlzələnin baş verməsi nəticəsində Yunanıstanda azı 100 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "Assoşieyted Press” məlumat yayıb.

Bundan əvvəl, iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.  

Xəsarət alanların əksəriyyəti Kos adasındadır. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yeraltı təkanlar nəticəsində bir neçə köhnə bina uçub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ordu qüvvələri cəlb edilib.  

Ada və qitə arasında bərə əlaqəsi dayandırılıb.  

Qeyd edək ki,  Egey dənizində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.      

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.