Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi - Bu, heç nəyi dəyişmir

1-08-2017, 15:51 Baxış: 359
Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi - Bu, heç nəyi dəyişmir
"Elitaya hökm edən idarəçini alverçi adlandırıb bu işlərin öz axarı ilə davamına inanmaq heç də düzgün olmazdı, əsasən, çar tərəfindən bəxşiş edilmiş vətəndaşlıq halında...”
Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi - Bu, heç nəyi dəyişmir

Bu sözləri Ukraynanın "5.10” siyasi partiyasının lideri Gennadi Balaşov müsahibəsində Saakaşvilinin siyasətini xarakterizə edərkən söyləyib.

Balaşov qeyd edir ki, Mixeil Saakaşvili 2015-ci ildə Ukrayna dövlətinin vətəndaşlığın almışdı. Buna əsas səbəb isə Ukraynanın prezidenti Poroşenkonun ölkədəki bəzi siyasi məsələlərin qarşısını almaq məqsədi idi. Beləliklə, o, maksimum dərəcədə Saakaşviliyə dəstək olmuş və Saakaşvilinin tezliklə vətəndaşlıq alması üçün şərait yaratmışdır. Nəticədə, Sakaşvilini şəxsi məsləhətçisi və Odessa regionunun qubernatoru elan etmişdir. Buna baxmayaraq, Sakaşvili hər zaman onun işlərinə tənqidi yanaşmış və bu hərəkəti əsasında vətəndaşlıqdan məhrum edilməyə layiq görülmüşdür.

Balaşov hesab edir ki, hazırkı situasiyada vətəndaşlıq haqlarına zidd olan iki qayda pozuntusuna yol verilmişdir. Bunlardan biri qeyri qanuni yolla Ukrayna vətəndaşlığının alınması, digəri isə bənzər yolla vətəndaşləqdan məhrum edilməsidir. Bu halda Saakaşvilinin təəcüblü yanaşması aydın deyil.

Onun sözlərinə əsasən, Saakaşvilinin yüksək maliyyə dəstəyi olduğu halda Poroşenkoya cavab zərbəsi vura bilərdi. Ancaq belə bir dəstəyi belə yoxdur. Müəyyən müddətdən sonra onun adı informasiya mərkəzindən silinəcək və hətta onun tərəfdaşları belə fərqli tendensiyaları izləməyə başlıyacaqlar. Yeni tendensiyalar isə çox ehtimal ya "5.10” partiyası, ya da daha əvvəllər gündəmdə olan siyasi axınlara əsaslanacaq.

Poroşenkonun beynəlxalq mövqeyinə gəldikdə isə, o yetərincə çətinliklərlə üzləşmiş adamdır və Saakaşvili ilə əlaqədar yaranan cüzi ləkədən təhlükə yaranacağına inanmır.

Balaşov hesab edir ki, Saakaşvilinin yaratdığı proqressiv üsluba baxmayaraq, o konservativ ənənələrin tətbiqinin tərəfdarı olmuşdur və qlobal cəmiyyətdə artıq dünya tendensiyalarından xəbərdar olmayan siyasətçilərə ehtiyac yoxdur.