Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Pənah Hüseyn Heydər Əsədovla GÖRÜŞÜB?

17-08-2017, 12:43 Baxış: 249
Pənah Hüseyn Heydər Əsədovla GÖRÜŞÜB?Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynlə hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində eyni vaxtda təhsil alıblar.
Maraqlıdır, Pənah Hüseyn universitet yoldaşı Heydər Əsədovla görüşürmü?
Məsələ ilə bağlı Pənah Hüseyn açıqlama verib.
Pənah Hüseyn deyib ki, universitetdə təhsil alan zaman aspirant yoldaşları olub və onların vasitəsilə 1-2 dəfə Heydər Əsədovla görüşüb.
"Heydər Əsədovla mən Moskva Dövlət Universitetinində ayrı-ayrı fakültədə təhsil almışıq. Səhv etmirəmsə Heydər Əsədov iqtisadiyyat ya da maliyyə üzrə təhsil alırdı.
O zaman aspirant yoldaşlarımız olub və onların vasitəsilə 1-2 dəfə Heydər Əsədovla görüşmüşəm. Universiteti bitirdikdən sonra isə Heydər Əsədovla mən deputat olan zaman görüşmüşəm.
O zaman Heydər Əsədov Hesablama Palatasının sədri olub.
Onunla Milli Məclisdə görüşmüşəm”.
Sabiq baş nazir bildirib ki, hazırda Heydər Əsədovla şəxsi münasibətləri yoxdur.
"Mənim Heydər Əsədovla heç zaman şəxsi münasibətim olmayıb.
Hazırda da Heydər Əsədovla heç bir əlaqəm yoxdur”.