Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

SAAKAŞVİLİ AVROPANIN BİR NEÇƏ ÖLKƏSİNİN ONA VƏTƏNDAŞLIQ VERMƏYƏ HAZIR OLDUĞUNU BİLDİRİB

21-08-2017, 23:21 Baxış: 304

SAAKAŞVİLİ AVROPANIN BİR NEÇƏ ÖLKƏSİNİN ONA VƏTƏNDAŞLIQ VERMƏYƏ HAZIR OLDUĞUNU BİLDİRİB"Avropanın bir neçə ölkəsi mənə vətəndaşlıq verməyə hazırdır, lakin təkliflərdən imtina etmişəm və Ukraynaya qayıtmağa hazırlaşıram".

Bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili özünün "facebook" səhifəsində yazıb.

"Bildiyiniz kimi sentyabrın 10-da Ukraynaya qayıdacam. Çoxları mənə bunu etməyi məsləhət görmür. Bir neçə Avropa ölkəsi mənə vətəndaşlıq verməyi təklif ediblər. Burada işsiz qalmayacam. Ancaq yadımdadır ki, oliqarx İvanişvili də hakimiyyəti dövründə mənim barəmdə cinayət işi qaldırmışdı ki, Gürcüstanda siyasətlə məşğul ola bilməyim. Eynilə Poroşenko da belə fərman verib və məni Gürcüstana qaytarmaqla təhdid edir. Ukrayna-Polşa sərhədində görüşənədək", - deyə Saakaşvili yazıb.