Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

29-cu Həcc ziyarətinə gedə bilməyən Hacı Əbdül Ayaz Mütəllibova söz atdı: “O getsin, paklaşar”

22-08-2017, 16:53 Baxış: 229
29-cu Həcc ziyarətinə gedə bilməyən Hacı Əbdül Ayaz Mütəllibova söz atdı: “O getsin, paklaşar”

Bir neçə müddət bundan əvvəl "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov açıqlamasında 29-cu dəfə Həcc ziyarətinə gedəcəyini söyləmişdi.

Hətta, oğlu Hacı Əbdülü də aparacağını demişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu ilki Həcc ziyarətinə gedə bilməyəcək.

Məsələ ilə bağlı Hacı Əbdül Əbdülov saytına açıqlama verib.

 "Bu il Həcc ziyarətinə gedə bilməyəcəyəm. Həcc ziyarətinə getməməklə bağlı qərarımı yenicə verdim. Halbuki, oğlum Əbdüllə bu ilki Həcc ziyarətinə getməyə tam hazır idik. Əgər getsəydim, 29-cu dəfə ziyarətim gerçəkləşəcəkdi. Sənədlərimizi də vermişdik”

Hacı Əbdül builki Həcc ziyarətinə getməməsinin səbəbini də açıqlayıb.

 "Ona görə ki, "İmam Hüseyn” məscidi təmirə dayanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə məscidin təmir olunması tapşırılıb. Qərara aldım ki, bu müddətdə məscidin təmirinə nəzarət edim. Ona görə də Həcc ziyarətinə getməmək qərarını verdim”

 Hacı Əbdül Həcc ziyarətinə gedə bilməsə də, bir çoxlarının bu ziyarəti gerçəkləşdirməsini xüsusi vurğulayıb.

"Bütün müsəlmanlar Allahın evini ziyarət etməlidirlər. Tez-tez eks-prezident Ayaz Mütəllibovla bağlı sual verirlər. Yenə deyirəm: Ayaz Mütəllibov da Həcc ziyarətinə getməlidir. O zaman pak və saf olacaqlar”.