Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Qurbanla danışdım: onun açıqladığı məsələ… - Millət vəkili

24-08-2017, 14:07 Baxış: 91
Qurbanla danışdım: onun açıqladığı məsələ… - Millət vəkili
Tarix yazan "Qarabağ” futbol klubumuzun baş məşqçisi, əziz qardaşım Qurban Qurbanovla bir az əvvəl danışdım və həm öz adımdan, həm də insanlarımız adından onu təbrik etdim.

Bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. Millət vəkili bildirib ki, Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir:

"Biliyi, bacarığını oyunculara öyrətmək, klubun inkişafına təkan verməklə yanaşı, özünün mənəvi-əxlaqi keyfiyyətləri ilə də bütün oyunçular üçün ən gözəl örnəkdir. Bir az əvvəl özünə də dediyim kimi, dünən axşam bütün azərbaycanlılar duaları ilə onların yanında idi və hər zaman da olacaq. "Qarabağ” öz ətrafında bütün azərbaycanlıları birləşdirən bir klubdur”.

Millət vəkili həmçinin klubun prezidenti Tahir Gözəllə də danışdığını vurğulayıb:

"Onu və bütün klubu təbrik edərkən də söylədim ki, "Qarabağ”ın qələbəsi bütün Azərbaycanın, azərbaycanlıların qələbəsidir və komandanın rəhbərliyinə də təşəkkürüü bildirdim. "Qarabağ” dünən axşam tarixi bir mərhələni adladı və ən güclü klubların yarışacağı mərhələyə daxil oldu. "Qarabağ” ölkəmizin təbliğatı baxımından da misilsiz işlər görür. "Qarabağ” klubunun rəhbərləri Abdulvarı Gözəl, Tahir Gözəli, Baş məşqçi Qurban Qurbanovu, bütün oyunçuları və komandaya əziyyət çəkən hər kəsi, klubu xüsusi diqqətdə saxlayan cənab Prezidenti və klubun azarkeşləri olan bütün azərbaycanlıları təbrik edirəm! Eyni zamanda, "Qarabağ” futbol klubunun yaradılmasında, bu günə qədər inkişafında əməyi ola hər kəsi təbrik edirəm”.

Millət vəkili vurğulayıb ki, bundan sonra "Qarabağ”ın yanında daha da çox olmalıyıq:

"Ümid edirəm ki, Qurban müəllimin açıqladığı məsələ - kluba bir neçə əlavə yaxşı oyunçunun cəlb edilməsi də öz həllini tapacaq və komanda növbəti mərhələdə uğurları ilə yenə də hamımızı sevindirəcək”.