Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Naxçıvan daxili işlər naziri təyin edilib

Naxçıvan daxili işlər naziri təyin edilib
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb. Fərmana əsasən Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, Ali Məclis sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib. Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.