Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Tramp: “Meksika tikiləcək divarın xərclərini ödəməli olacaq”

29-08-2017, 09:00 Baxış: 167
 
Tramp: “Meksika tikiləcək divarın xərclərini ödəməli olacaq”

Rəsmi Mexiko ABŞ-Meksika sərhədində tikiləcək divarın xərclərini istənilən halda ödəməli olacaq.

CBS telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

«Bu və ya digər yolla, Meksika pul ödəməli olacaq», deyə D.Tramp bildirib. Onun sözlərinə görə, divarın çəkilməsi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı problemlərin həllinə müsbət təsir göstərəcək.

Ötən gün Meksika tərəfi növbəti dəfə ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyini bəyan edib.

Qeyd edək ki, ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan edərək ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.