Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Erməni deputatlar Bakıya gəlir?

30-08-2017, 16:10 Baxış: 373
Erməni deputatlar Bakıya gəlir?
Ermənistan parlamentinin "Avronest” PA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycana gələcək.
"News.am”in verdiyi məlumata görə, sentyabrın 22-də Bakıda "Avronest” PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək.
İclasda Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.
Azərbaycan Milli Məclisinin "Avronest" PA-da nümayəndə heyətindən APA-ya bildirilib ki, nümayəndə heyətinin təşəbbüsü ilə "Avronest" PA çərçivəsində sentyabrın 22-də Azərbaycanda "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.