Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Tramp və Ərdoğan arasında telefon danışığı olub

10-09-2017, 11:01 Baxış: 254
Tramp və Ərdoğan arasında telefon danışığı olubABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı baş tutub.
"Gazeta.ru”ya verdiyi xəbərə görə, tərəflər Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması məsələlərini müzakirə ediblər. Bu barədə Ağ Evin məlumatında bildirilir. "Prezident Tramp, ABŞ və Türkiyənin regional stabilliyin gücləndirilməsi naminə birgə işə sadiq olduqlarını vurğulayıb”,
- deyə bəyanatda bildirilir. Bundan əvvəl D.Tramp Qətər şeyxi Tamim bin Həmid əl Tani ilə telefonla danışıb.
Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar.
Türkiyə rəsmi Dohanı dəstəkləyərək, böhranı nizamlamaq üçün tərəfləri danışıqlara çağırıb.