Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Qənirə Paşayevadan köçkün qadınlarla bağlı çağırış

13-06-2016, 17:33 Baxış: 703
Qənirə Paşayevadan köçkün qadınlarla  bağlı çağırış 
Polşada Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerindən gəlmiş siyasətçi, millət vəkili, QHT, KİV rəhbərləri və İş dünyasının tanınmış qadınlarına köçkün qadınlarla bağlı çağırış edib. Köçkünlərin artması, onların problemləri bizi ciddi narahat etməlidir və biz birlikdə harada baş verməsindən asılı olmayaraq insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparmalıyıq deyən millət vəkili Q. Paşayeva Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində evindən köçkün düşmüş köçkünlərimiz, İraq və Suriyadan köçkün düşmüş insanlardan danışıb.
Ermənistanın işğalı zamanı soyqırıma məruz qalan, girov götürülən qadınlarla da bağlı danışan millət vəkili Q.Paşayeva BMT qətnamələrinin yerinə yetirilməməsi nəticəsində minlərlə qadın öz evinə dönmək həsrəti ilə dünyadan köçür deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın hər yerində insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparılmazsa köçkünlərin sayı və onların problemləri daha da artacaq. Azərbaycan dövləti tərəfindən köçkünlərlə bağlı həyata keçirilən geniş layihələr barədə də danışan millət vəkili Q.Paşayeva dünyanın fəal qadınlarını köçkün qadınların acılarına daha duyarlı olmağa çağırıb.
Millət vəkili Q.Paşayeva Sammit iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı kitablar, materiallar və rəhbərlik etdiyi Avrasiya Beyn'lxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da sammit iştirakçılarına hədiyyə olunub.