Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

BAXCP-dən sərt bəyanat: "İranın bu əməli İslama həqarətdir"

13-06-2016, 17:36 Baxış: 420
BAXCP-dən sərt bəyanat: "İranın bu əməli İslama həqarətdir"Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
BAXCP mətbuat xidmətindən Tezis.az-a daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyətinin diqqət çəkdiyi əsas məsələlərdən biri İranın Ermənistanla münasibətini strateji səviyyəyə qaldırması istiqamətində atdığı addımlar və rəsmi Tehranın İrəvanı "ən yaxın müttəfiqi” kimi dəyərləndirməsi olub.
BAXCP İdarə Heyəti İranın bu əməllərini İslama həqarət kimi qiymətləndirib: "BAXCP İdarə Heyəti hesab edir ki, özünü İran İslam Respublikası adlandıran bir ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyon müsəlman azərbaycanlını öz ev-eşiyindən didərgin salan, İslam mədəniyyətinə məxsus dəyərli abidələri, məscidləri, müsəlmanların qəbirlərini uçuran, təhqir edən Ermənistanı müqəddəs Ramazan ayında utanmadan "müttəfiq” adlandırması rəzalətdən, şərə, zülmə dayaq durmaqdan, İslamın müqəddəs dəyərlərinə meydan oxumaqdan başqa bir şey deyil. İranın fars-molla rejiminin təmsilçilərinin azərbaycanlılara qarşı soyqırımı həyata keçirən, əli on minlərlə günahsız insanın qanına bulaşan Ermənistan rəsmilərini müttəfiq gözündə görməsi rəsmi Tehranın bu cinayətlərə şərik olması anlamına gəlir. Rəsmi Tehranın bu hərəkətləri İran İslam Respublikasının vətəndaşları hesab olunan, sayı 30 milyondan çox olan azərbaycanlıların da aşağılanması, təhqir olunmasıdır”.
BAXCP Azərbaycan hökumətini İran İslam Respublikasının ərazisində, öz tarixi vətənlərində yaşayan azərbaycanlıların hüquqlarını beynəlxalq təşkilatlar çərçivəsində açıq və qətiyyətlə müdafiə etməyə çağırıb. BAXCP İdarə Heyəti bəyan edib ki, Azərbaycan hökuməti İsraillə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmalı və bu ölkədə Azərbaycan səfirliyinin açılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.