Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Erməni deputat Milli Məclisdə etiraz etdi - “Qarabağdan danışmayaq”

22-09-2017, 14:24 Baxış: 317
Erməni deputat Milli Məclisdə etiraz etdi - “Qarabağdan danışmayaq”
"Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq”
Bunu Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib Onun sözlərinə görə, Avronest PA Ermənistan üçün çox vacibdir: "Çox sağ olun ki, bizi dəvət etmisiniz.
Burada olmağımız şansdır”. Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir:
"O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir.
Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.