Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Putin Poroşenkoya ad günü hədiyyəsi etdi - Saakaşvili

27-09-2017, 13:04 Baxış: 197

Putin Poroşenkoya ad günü hədiyyəsi etdi - SaakaşviliKalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış Putinin Poroşenkonun ad gününə göndərdiyi hədiyyədir.

Bunu Gürcüstanın keşmiş prezidenti Mixail Saakaşvilli deyib. Onun sözlərinə görə, Putin bu hərəkətiylə həm də ABŞ-a bir mesaj göndərib:

"Çünki ABŞ Ukraynaya silah verib. Əsas sual ondan ibarətdir ki, görəsən, niyə biz Putinə belə hədiyyələr etməyə icazə veririk”.

Qeyd edk ki, ötən gecə Ukraynanın Vinnitsa vilayətində, Kalinovkada yerləşən hərbi hissənin silah anbarında güclü partlayış baş verib. Partlayışda hələlik bir nəfərin yaralandığı bildirilir.

Hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib.