Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Kataloniyada polislə qarşıdurma zamanı xəsarət alanların sayı 761 nəfərə çatıb - VİDEO

1-10-2017, 23:00 Baxış: 241
Kataloniyada polislə qarşıdurma zamanı xəsarət alanların sayı 761 nəfərə çatıb - VİDEOKataloniyada müstəqilliklə bağlı referendum günü polis ilə toqquşma nəticəsində xəsarət alanların sayı 761 nəfərə çatıb.
"RİA Novosti" xəbər verir ki, bu barədə muxtariyyətin səhiyyə nazirliyi məlumat yayıb. "Ümumilikdə 761 nəfər tibbi yardıma ehtiyac duyub", — deyə nazirliyin "Twitter" səhifəsində qeyd olunub.
***20:21
Kataloniyada referendum tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda yaralananların sayı təqribən 500 nəfərə çatıb.
Bu barədə Kataloniya hakimiyyəti məlumat yayıb. Region sakinləri iğtişaşlar zamanı rezin güllələr və dəyənəklərdən xəsarət alıblar.
Bundan əvvəl 11 İspaniya polisinin yaralandığı məlumat verilmişdi.
Hazırda müstəqilliklə bağlı referendum üzrə səsvermə davam edir.
İspaniya hakimiyyəti 90-dan çox seçki məntəqəsini bağlamağa müvəffəq olub.