Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Vitse-spikerlər Fuad Muradovu hədəfə aldılar: "Siz hansı dairədən seçilmisiniz?"

14-06-2016, 16:24 Baxış: 1 701
Vitse-spikerlər Fuad Muradovu hədəfə aldılar: "Siz hansı dairədən seçilmisiniz?" 
Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.
Buna səbəb "Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:
"Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.
Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub .
Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova " Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.
F. Muradov da əsəbi tərzdə Z. Əsgərova "Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.
Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:
"Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”./"Qafqazinfo”