Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Tramp Çipras ilə görüşdü

Tramp Çipras ilə görüşdü
ABŞ prezidenti Donald Tramp Yunanıstanın Baş Naziri Aleksis Çıpras ilə görüşdü.
ABŞ prezidenti Donald Trump, ABŞ-də rəsmi səfərdə olan NATO müttəfiqi Yunanıstanın Baş Naziri Aleksis Çipras ilə bir araya gəldi.
Görüşdə ABŞ-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə Yunan neft ehtiyatları, Yunanıstan mərkəzli hərbi bazalara qoyulan investisiyalar, Yunanıstanın və Aralıq dənizinin ən böyük limanı olan Birə Limanı və Takura körfəzindəki ABŞ hərbi dəniz bazasının istifadəsi, F-16 hərbi təyyarələri, Yunan donanmasının yenilənməsi kimi məsələlərin müzakirə olunduğu bildirilib.
Bundan başqa, ABŞ-ın Cənubi Kritdə ikinci bir hərbi baza inşa etmək planları olduğu və görüşdə bunun da müzakirə olunduğu iddia edilib.
Görüşdə Yunanıstan Xarici İşlər Naziri Nikos Kotzias, Müdafiə Naziri Panos Kammenos, İqtisadiyyat və İnkişaf Naziri Dmitri Papadimitriou və Rəqəmsal Siyasət Naziri Nikos Pappas iştirak edib.