Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Ərbil təşvişdə - İraq ordusu şəhərin 20 kilometrliyində

21-10-2017, 14:32 Baxış: 149
Ərbil təşvişdə - İraq ordusu şəhərin 20 kilometrliyində
İraq ordusu Ərbil istiqamətində irəliləyərək şəhərdən cəmi 20 kilometr məsafədə yerləşən yaşayış ərazilərini də peşmərgədən azad edib.
Bu barədə "Yeni Şəfəq” yazıb.
Məlumata görə, 10 minlik İraq ordusunun hücumu nəticəsində PKK mövqeləri dağıdılıb, yaşayış əraziləri peşmərgədən təmizlənib.
Bununla da, Ərbilə gedən yolda Bərzani rejimininin sonuncu nəzarət məntəqəsi də İraq ordusunun nəzarətinə keçib.
İraq ordusunun irəliləməsindən təlaşa düşən Ərbil əhalisi ABŞ konsulluğu qarşısında toplaşaraq Pentaqonu məsələyə müdaxilə etməməkdə günahlandırıb. Atışmalar zamanı onlarla insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilib.