Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Qənirə Paşayeva: "İrandan Ermənistana qarşı sərt münasibət gözləyirik"

14-06-2016, 18:03 Baxış: 742
Qənirə Paşayeva: "İrandan Ermənistana qarşı sərt münasibət gözləyirik"Bu gün Milli Məclisdə İran İslam Respublikası ilə imzalanmış bir sıra sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva İranla bağlı narahatlığını dilə gətirib.
Tezis.az xəbər verir ki, deputat qeyd edib ki, Azərbaycan dövlətinin maraqları çərçivəsində qonşu İranla əməkdaşlığın inkişafını dəstəkləyir. İranın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan işğalçı Ermənistanla çox sıx əməkdaşlığına toxunan millət vəkili Q.Paşayeva bunun hər bir azərbaycanlını ciddi narahat etdiyini deyib: "Əhalisinin təxminən yarısı azərbaycanlı olan İran dövlətinin Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkə ilə, Ermənistanla bu qədər sıx əməkdaşlığı bizim hamımızı ciddi narahat edir və biz İran dövlətinin işğalçı Ermənistanla bağlı siyasətində dəyişikliklər etməsini istəyirik. Orada yaşayan azərbaycanlılar da təbii ki, bu fikirdədir. Bundan başqa İran dövləti ən yüksək səviyyədə bütün açıqlamalarında müsəlman həmrəyliyindən danışırlar. Belə bir halda Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayan işğalçı Ermənistanla bu qədər sıx münasibətlər, dəstək anlaşılan deyil və biz, bütün azərbaycanlılar İrandan işğalçı Ermənistana qarşı sərt münasibət gözləyirik. Azərbaycan dövlət rəsmiləri, din xadimləri, KİV-ləri hər zaman İranla münasibətlərdə daxili işlərə qarşımamaq həssaslığına önəm verirlər və biz qarşı tərəfin bir sıra din adamları, millət vəkilləri, siyasətçiləri və KİV-lərindən də eyni həssaslığı gözləyirik. Azərbaycanın daxili işlərinə qarışan, münasibətlərə ciddi zərər vuran açıqlamalar olmamalıdır. Eyni zamanda biz İran dövlətini işğalçı Ermənistanla münasibətlərə yenidən baxmağa çağırırıq."