Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək - Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu

3-11-2017, 11:32 Baxış: 329
Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək - Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu  Noyabrda Milli Məclisin payız sessiyasının 4 plenar iclası keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə başlayacaq.

"Müzakirələr iki gün davam edəcək”.

V.Əhmədov qeyd edib ki, noyabrın 14-də  Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.

"Həmçinin noyabrın 21, 22, 23-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”.