Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycan XİN: Səudiyyə Ərəbistanı Krallığına raket hücumunu qınayırıq

7-11-2017, 12:52 Baxış: 218
Azərbaycan XİN: Səudiyyə Ərəbistanı Krallığına raket hücumunu qınayırıq
”Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq”.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: "Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.
Qeyd edək ki noyabrın 4-də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirib.
"Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Yəməndəki üsyançılar tərəfindən atılıb. Bildirilir ki, hücumun qarşısı vaxtında alınıb və əhali arasında xəsarət alan yoxdur.