Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Putin və Tramp bu həftə görüşəcək

7-11-2017, 21:28 Baxış: 198
Putin və Tramp bu həftə görüşəcək
Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı (APEC) sammitində görüşəcəklər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"APEC sammitində V.Putinlə D.Trampın danışmaq imkanı olacaq, görüşün detalları hazırlanır", - D.Peskov bildirib.
Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. Daha əvvəl ABŞ prezidenti D.Tramp Şimali Koreya məsələsində Putindən dəstək gözlədiyini və qarşıdakı görüşdə Ukrayna məsələsini müzakirə etməyə hazır olduğunu söyləyib. Bununla yanaşı, Kreml görüşdə müzakirə olunan mövzulardan birinin də Suriya böhranı olacağını açıqlayıb.