Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verilib

Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verilib
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşviliyə Ukraynada leqal yaşadığına dair sənəd verilib.
M.Saakaşvili bu barədə özünün "Feysbuk” səhifəsində yazıb.
"Bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım”, Saakaşvili yazıb.
Bununla belə, o məhkəmə vasitəsilə vətəndaşlığının bərpa edilməsinə çalışacağını bildirib.
Bu ilin iyulunda Ukrayna prezidenti Petro Poroşenko Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Miqrasiya Xidmətindən bildirilib ki, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.
M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb.
O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu.
M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.