Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saakaşvili Poroşenkonu “xalq impiçmenti” ilə hədələyib

7-11-2017, 22:25 Baxış: 144
Saakaşvili Poroşenkonu “xalq impiçmenti” ilə hədələyib
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna dövlət başçısına qarşı "xalq impiçmenti” prosedurunun başlamasına hazır olduğunu bəyan edib.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, hazırda Ukrayna Ali Radasının qarşısında mitinq keçirilir.
Minə yaxın nümayişçi millət vəkillərinin toxunulmazlığını ləğv etmək, seçki qanunvericiliyini dəyişdirmək və korrupsiyaya qarşı məhkəmə yaradılmasını tələb edir.
"Əgər onlar tələblərimizi rədd etməyə davam etsə, dekabrın 3-dən etibarən xalq impiçmenti prosesinin başlanmasını təklif edirəm”, deyə M.Saakaşvili bildirib.
O, prosedurun necə həyata keçiriləcəyini dəqiqləşdirməyib.