Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"Bu, Bakını dünyaya yeni imicdə təqdim edir" - Alişa Çinay

14-11-2017, 23:04 Baxış: 199
"Bu, Bakını dünyaya yeni imicdə təqdim edir" - Alişa Çinay
Şopinq festivalları adətən nüfuzlu, inkişaf etmiş ölkələrdə təşkil edilir. Azərbaycanın paytaxtı Bakıda da şopinq festivalının keçirilməsi müsbət haldır.
Bu fikri məşhur "Made in İndia” mahnısının ifaçısı, Bakıda keçirilən "Hind gecəsi” musiqi festivalının qonağı Alişa Çinay festivalın saytına açıqlamasında söyləyib. "Dünya brendlərinə hər zaman maraq var.
Təcrübə göstərir ki, şopinq festivalı çərçivəsində bu maraq daha da artır.
Şopinq festivalı, həm də Bakının dünyaya yeni imicdə təqdim edilməsi baxımından əhəmiyyətlidir”, - deyə A.Çinay bildirib. Ölkəmizin paytaxtı haqqında fikirlərini bölüşən qonaq deyib: "Bakı qədim tarixi olan gözəl şəhərdir, çox bəyəndim. Yeməklərinizi xüsusi olaraq sevdim. İçərişəhəri gəzmişəm.
Çox maraqlı məkandır”.