Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

SERGEY LAVROV BAKIDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ VƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDƏCƏK

20-11-2017, 09:06 Baxış: 163
SERGEY LAVROV BAKIDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ VƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDƏCƏK
Ötən gün Bakıya rəsmi səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.
Bu barədə TASS məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri diqqət mərkəzində olacaq.
Bundan əlavə, Rusiyanın XİN rəhbərinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə uyğunlaşdırılıb.
"Regional və beynəlxalq problemlər haqqında danışacağıq.
Həmçinin anlamağa çalışacağıq, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı (16 oktyabrda, Cenevrədə - red) görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hansı səylər çərçivəsindəyik", - deyə daha əvvəl Serqey Lavrov görüşü elan edib.
Qeyd edək ki, görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.
Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.