Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

İsmayıl Qəhrəman yenidən Türkiyə parlamentinin sədri olub.

İsmayıl Qəhrəman yenidən Türkiyə parlamentinin sədri olub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər başa çatıb.
İlk iki turda namizədlərdən heç biri 2/3, yəni 367 səs toplaya bilməyib.
Üçüncü turda 50%+1, yəni minimum 276 səs qazanmaq yetərli olduğu üçün bu turda 289 səs toplayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, 1940-cı il təvəllüdlü İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib. Xatırladaq ki, AKP-nin birinci və ikinci turda iştirak edən ehtiyat namizədi Tamer Dağlı üçüncü turdan əvvəl namizədliyini geri götürüb.