Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Erkin Qədirli ilə bağlı qadağa ləğv edildi - YENİLƏNİB

17-06-2016, 14:02 Baxış: 317
Erkin Qədirli ilə bağlı qadağa ləğv edildi - YENİLƏNİBRespublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub.
Tezis.az xəbər verir ki, bu barədə Erkin Qədirli sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, bu gün Türkiyəyə istirahətə yollanarkən hava limanında ona ölkədən çıxışına qadağa qoyulduğu deyilib: "Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçdim, pasportuma çıxışa icazə verən möhür vurulmuşdu. Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu" vurdular və məni geri qaytardılar”.
Onun sözlərinə görə, ölkədən çıxışına hansı səbəblə qadağa qoyulduğu izah edilməyib: "Görünür, bu qadağa "Qanun" nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş REAL-ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. "AZAL"ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim".

***
Erkin Qədirli ölkədən çıxışına qoyulan qadağanın artıq aradan qaldırıldığını açıqlayıb: "Məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışdılar. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”.
 
Erkin Qədirli ilə bağlı qadağa ləğv edildi - YENİLƏNİB