Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Qubanın icra başçısı dəyişib

2-12-2017, 19:29 Baxış: 1 188
Qubanın icra başçısı dəyişib
Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bunadək Ziyəddin Əliyev "Azəravtoyol" ASC-də çalışıb. Prezidentin cari ilin fevralın 20-də imzaladığı sərəncama əsasən ona "Əməkdar mühəndis" fəxri adı verilib.