Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Ukrayna baş prokuroru: “Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”

9-12-2017, 06:33 Baxış: 131
 
Ukrayna baş prokuroru: “Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”

Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

  UNİAN-nın verdiyi xəbərə görə, bunu Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan edib.

Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib. 

Qeyd edək ki, M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.