Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

İlham Əliyev iftar süfrəsində

17-06-2016, 19:25 Baxış: 669
İlham Əliyev iftar süfrəsində
İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
 
Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. İftar mərasimi "Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
 
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib. Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra iftar süfrəsi açılıb.
 
                                           ***
 
Azərbaycan Prezidenti İlham Əliyev bu gün din xadimləri ilə birlikdə iftar açacaq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx Allahşükür Paşazadənin dəvəti ilə iftar süfrəsində dini camiənin tanınmış nümayəndələri ilə yanaşı, xarici diplomatların da iştirak edəcəyi gözlənilir.