Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Bu ğün Nərgiz Paşayevanın doğum günüdür.

13-12-2017, 00:55 Baxış: 487

Bu ğün Nərgiz Paşayevanın doğum günüdür.

Bu gün filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın doğum günüdür.Paşayeva Nərgiz Arif qızı 13 dekabr 1962-ci ildə Bakıda doğulub.
1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu”adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə edib. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb.
2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb. 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunub.
2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.
30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Akademik Arif Paşayevin qızıdır.
Nərgiz Paşayevanın 3 övladı (Ülvi Mahmudov adlı oğlu, Ülviyyə Rəhmanova, Aida Mahmudova adlı qızları) var.
TƏBRİK EDİRİK!