Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

BÖYÜK BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİ RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR

22-12-2017, 11:28 Baxış: 148
BÖYÜK BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİ RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR

 Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyada rəsmi səfərdədir.

"RİA Novosti” xəbər verir ki, XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. 

İki ölkənin xarici işlər nazirləri Suriya, İran, Şimali Koreya ilə bağlı məsələləri müzakirə edəcək. 

B.Conson özünün "Twitter” səhifəsində yazıb ki, bu və başqa məsələlərlə bağlı London və Moskva arasında fikir ayrılıqları var, Rusiya ilə Böyük Britaniyanın mövqeləri heç də üst-üstə düşmür. 

B.Conson "RİA Novosti”yə müsahibəsində bildirib ki, iki ölkə arasındakı münasibətlərdə ciddi maneələr olduğundan Londonla Moskva arasında adi rejimdə birgə fəaliyyət mümkün deyil: "Bununla belə Rusiya ilə Britaniyanın əməkdaşlıq etdiyi sahələr də var. Ümumi milli maraqlar barədə düşünməyin vaxtı artıq çatıb”.