Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

KRAKOVDA ELMAR MƏMMƏDYAROVLA ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN GÖRÜŞÜ BAŞLAYIB

KRAKOVDA ELMAR MƏMMƏDYAROVLA ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN GÖRÜŞÜ BAŞLAYIB
Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endryu Şofer iştirak edir.
E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir.
Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.