Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FAZİL MUSTAFANIN “İSLAM QORXUSU VƏ MÜSƏLMAN QOXUSU" ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GĞRDÜ

18-01-2018, 18:21 Baxış: 322
FAZİL MUSTAFANIN “İSLAM QORXUSU VƏ MÜSƏLMAN QOXUSU" ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GĞRDÜ
Millət Vəkili Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu" adlı kitabı nəhayət ki, çapdan çıxdı.
248 səhifəlik bu kitabda İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr yer alır.
Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulmuş, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilmişdir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
Bu, indiyədək çap olunan 20-ci kitabdır.
Kitab düşünən və anlayan oxucular üçün nəzərdə tutulmuşdur. İnsanlarımızın aydınlanmasına faydalı olacağına ümid edilir.