Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Türkiyə Suriyada terrorçuların 150-dən çox hədəfini məhv etdi

22-01-2018, 09:53 Baxış: 200
Türkiyə Suriyada terrorçuların 150-dən çox hədəfini məhv etdi Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.
Bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.