Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Əbülfəs Qarayev Davosda mədəniyyət nazirlərinin konfransına qatılıb

22-01-2018, 16:40 Baxış: 227
Əbülfəs Qarayev Davosda mədəniyyət nazirlərinin konfransına qatılıb Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrənin Davos şəhərində keçirilən Mədəniyyət Nazirlərinin konfransında iştirak edir. "Yüksək səviyyəli Baukultura doğru” mövzusunda keçirilən konfrans şəhərsalma mədəniyyətinə vahid və kompleks yanaşma mövzusunu əhatə etmişdir. 21 yanvar tarixində öz işinə başlayan konfransda açılış nitqi ilə İsveçrə Konfederasiyasının Federal Kansleri Alain Berset çıxış edib. Daha sonra iştirakçı nazirlər yekunda qəbul olunacaq bəyannamənin mətni ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək Azərbaycanda mədəniyyət və irs sahəsində həyata keçirilən islahatlar, habelə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” və mədəniyyət sahəsində beynəlxalq layihələr barədə iştirakçılara məlumat verib.

İclas çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra Avropa ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Konfransın sonunda Davos Bəyannaməsi qəbul olunub.