Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Rusiyanın müharibə hazırlığı - Nüvə istehsalında YENİ KƏŞF

24-01-2018, 10:16 Baxış: 146
Rusiyanın müharibə hazırlığı - Nüvə istehsalında YENİ KƏŞF Nüvə reaktorlarının yuvasının istehsalında istifadə edilən sirkonium maddəsinin yerinə molibdendən istifadə etmək sınaqdan keçirilib.

Sınaq Rusiya Milli Nüvə Araşdırmaları Universitetinin elm adamları tərəfindən aparılıb.

"Chemical Engineering Research and Design” dərgisinin araşdırmalarına görə, bu yeni dəyişiklik bütün dünyadakı nüvə reaktorlarının təhlükəsizlik səviyyəsinin ciddi şəkildə artırılmasına gətirib çıxaracaq.

Hazırda nüvə reaktorlarının istehsalında sirkoniumdan istifadə edilir ki, bu maddə də su ilə təmasda aşınma və çürüməyə məruz qalır. Bu maddənin su ilə təması həm də istiliyin artmasına və hidrogen istehsalının sürətləndirilməsinə gətirib çıxarır. Belə problemlər hələ II Dünya Müharibəsi zamanı Fukuşimadakı nüvə faciəsi zamanı da ortaya çıxıb.

Molibdenin nüvə istehsalatında istifadə olunması böyük məbləğli büdcələr tələb etsə də, dünyada məhz bu məsələ üzərində işləyən alimlər az deyil.