Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

VLADİMİR PUTİN SON İKİ İLDƏ İSRAİLİN BAŞ NAZİRİ İLƏ YEDDİNCİ DƏFƏ GÖRÜŞƏCƏK

29-01-2018, 12:54 Baxış: 172
VLADİMİR PUTİN SON İKİ İLDƏ İSRAİLİN BAŞ NAZİRİ İLƏ YEDDİNCİ DƏFƏ GÖRÜŞƏCƏK
Rusiya Pezidenti Vladimir Putin bu gün Moskvada İsrailin Baş naziri Binyamin Netaniyahu ilə görüşəcək.
İsrail KİV-ləri xəbər verir ki, bu, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan, yəni 2015-ci ilin sentyabrından sonra V.Putinlə B.Netanyahu arasında baş tutan 7-cü görüş olacaq.
İsrail hökumətinin başçısını səfərdə Qüds məsələləri və ekologiya üzrə nazir, Hərbi-Siyasi Kabinetin üzvü Zeev Elkin və Hərbi Kəşfiyyatın (AMAN) rəisi Gertsi Qalevi müşaiyət edirlər.
Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq.
V.Putinlə B.Netanyahunun görüşdüyü gün Soçidə Suriyada böhranın tənzimlənməsi üzrə "Milli Dialoq Konqresi” keçiriləcək.
Kremlin mətbuat xidməti həmin forumda Rusiya prezidentinin iştirak etməyəcəyini bildirib.