Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu

12-02-2018, 10:46 Baxış: 233
Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.
Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Əli Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.