Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

17-02-2018, 18:05 Baxış: 289
MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir".
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyini irəli sürə bilər.
MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb: "Onlardan 7-sinin namizədliyi siyasi partiyalar, 1-nin namizədliyi təşəbbüs qrupu, 4-nün namizədliyi isə özü tərəfindən irəli sürülüb. MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib, 1 nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq".