Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

MM sədrinin I müavini Rusiyada seçkiqabağı monitorinqdə iştirak edəcək

17-02-2018, 20:53 Baxış: 212
MM sədrinin I müavini Rusiyada seçkiqabağı monitorinqdə iştirak edəcəkMilli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, onlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən  təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.