Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Orucun Seçki qərargahı yaradıldı

16-02-2018, 16:38 Baxış: 280
Zahid Orucun Seçki qərargahı yaradıldı
Prezidentliyə namizədliyi irəli sürülən Zahid Orucun Seçki qərargahı fəaliyyətə başlayıb.
Bunu açıqlamasında Zahid Oruc məlumat verib. Z. Oruc bildirib ki, Seçki qərargahı Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşir.
"Seçki qərargahındakı komandanın tərkibi 2013-cü ildə prezident seçkilərində işləmiş insanlardır və bura yeni smalar da cəlb ediləcək.
Biz 2013-cü ildə prezident seçkilərində əldə edilmiş təcrübədən yararlanaraq prosesdə iştirak edəcəyik”- deyə, Z. Oruc vurğulayıb.
O əlavə edib ki, hazırda Seçki qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb. "İndiki mərəhələdə əsas iş imza vərəqələrini dislokasiyalar üzrə paylayıb, qanunvericiliyin tələblərinə uyğun olaraq imzalar qısa zamanda toplamaqdır. Toplanıb, geri yığılması ilə bağlı genişmiqyaslı işlərə start verilib.
Hazırda bütün fəaliyyətimizi bu istiqamətə yönəlib.
Bununla bağlı növbəti mərhələ üçün yol xəritəsi hazırlanıb və buna uyğun işlər görülməkdədir.
Seçki qərargahının simvolları, adı, şüarları, seçki komandası və proqram üzərində iş gedir.
Bunlar barədə əlavə məlumatlar veriləcək”- deyə, Z. Oruc bildirib.