Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib

26-02-2018, 10:59 Baxış: 273
Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Avstraliyanın Sidney şəhərində məlumatlandırma və imzatoplama aksiyası keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, altı saat davam edən aksiyada Xocalı faciəsinin soyqırımı kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq petisiya üçün imzalar da toplanıb. Ərazidə qurulmuş stendlərdə isə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər, "İrs” jurnalının faciəyə həsr olunan nömrələri paylanıb.

Aksiya zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kampaniya artıq öz nəticəsini verməkdədir. Belə ki, dünyanın bir sıra ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Əlavə olaraq bildirilib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir. Həmin münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşmüş bir milyondan artıq insan hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət, dünya dövlətləri həmin əraziləri Azərbaycan torpaqları kimi tanıyır.

Aksiyada Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Avstraliya Azərbaycanlıları Cəmiyyətinin sədri Mikayıl Oyta AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə bildirib ki, məlumatlandırma aksiyalarının mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə ünvanlanan müraciətlər vasitəsilə bu ölkədə erməni diasporunun yalanları ifşa edilir və əsl həqiqətlər ictimaiyyətə çatdırılır.

Bununla yanaşı, fevralın 27-də ölkənin ən böyük məscidi olan Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması da nəzərdə tutulub.

Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib
Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib